Biz I qrup olaraq "Əgər mən meşə
olsaydım.." mövzusu üzrə araşdırma apar-
dıq.Bunun üçün internet,dərslik və digər mənbələrdən
müxəlif məlumat əldə etdik.Meşələrə səyahət zamanı canlı insan kimi duyan,görən
və düşünən meşənin qeyri adi görüntüləri ilə rastlaşdıq.Sanki meşələr sapı
özümüzdən olan baltalarla qırıldıq deyə fəryad qopardılar.Biz olmasaq tədris ləvazimatları
olmaz
deyib bizdən kömək istəyirdilər.Bunun üçün bizim
köməyimizə "hərəyə bir ağac əkək" devizi ilə "gənc yaşıllar"
partiyası gəldi.
Havası sərindi,
suyu sərindi”,
Könüllər oxşayan cənnətdi meşə,
Torpağa bəzəkdi, yurda bəzəkdi,
Gözəllik tacıdı, sərvətdi meşə.
Yaşadığımız
dünya, bizi əhatə edən təbiət gözəl və rəngarəng olduğu qədər də maraqlıdır.
Biz özümüz də bu təbiətin bir zərrəsi olmaqla, zəngin bitkilər aləminin, vəhşi
heyvanlardan tutmuş, ən xırda həşaratlara qədər saysız-hesabsız canlıların əhatəsindəyik.
Əslində,
Yer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali
varlıqlar olan insanlarla, yəni bizlərlə bu təbiətin harmoniyasındadır.
Dünyamızın sabahı, gələcəyimiz bu vəhdətdən və bu vəhdətin əzəli və əbədi
tarazlığından asılıdır.
Bəli,
bu harmoniya, bu tarazlıq pozularsa, dünya fəlakətə yuvarlanar, dünya məhv
olar. Belə bir təlükə isə var. Bəs nə etməli?
İlk
növbədə, yəqin ki, planetimizin bitki örtüyünü – onun florasını və canlılar aləmini
– onun faunasını qorumalıyıq. Təbiət dediyimiz kimi çox zəngindir, elə bir dəryadır
ki, nə ucu-bucağı, nə dibi görünür, baş vurduqca yeni-yeni aləmlər açılır
qarşımızda, ortaya saysız-hesabsız suallar çıxır.
Təbiətin
ayrılmaz hissələrindən biri də meşələrdir. Meşələr bizim sərvətimiz, var-dövlətimizdir.
Bu meşələr, yaşıllıqlar insana çörək qədər, su qədər lazımlıdır, qiymətlidir.
Ancaq meşələrimizin, yaşıllıqlarımızın qədrini bilməyən, bilərəkdən ona laqeyd
münasibət bəsləyən insanlar var.
Bizə
həyat verən zümrüd meşələrimizi kütləvi surətdə doğrayanlar onu da bilməlidirlər
ki, bununla biz nəfəs aldığımız havanı zəhərləyirik. Bu gün bütün dünyada
ekoloji vəziyyət ciddi narahatlıq doğurur. Hamımız bilməliyik ki, təbiətin
sağlamlığı hamımızın sağlamlığıdır.
Məlum
olduğu kimi, bizim tənəffüs zamanı havadan oksigeni alıb, karbon qazını və
orqanizmdə gedən biokimyəvi reaksiyaların son məhsulu olan qazabənzər maddələr
xaric olunur.
Nəfəs
aldığımız havada karbon qazının və bu maddələrin yüksək dərəcədə toplanması
beyin-qan dövranının kəskin surətdə pisləşməsinə səbəb olur. İnsan uzun müddət
havası dəyişməyən otaq şəraitində olduqda bu cür hallar baş verir. Yatan zaman
da insan üçün təmiz hava vacibdir. Təmiz havada yatmaq qüvvənin bərpa
olunmasını sürətləndirir. Meşədə 5 saat yatan insan özünü şəhərdəki mənzilində
8 saatlıq yuxudan xeyli yaxşı hiss edir. Ona görə meşələr, bağçalar, parklar
salınır ki, yaşıl bitkilər lazımsız karbon qazını udub, havanı oksigenlə zənginləşdirsin.
Təkcə bir ağac beş min kub metr havanı təmizləyir, kiçik bir yaşıllıq isə bizi
iki yüz ton tozdan qoruyur.
II qrup olaraq
araşdırmamız "Hansı heyvanların nəsli kəsilməkdədir" mövzusu
üzrə oldu.Dəhşət doğuran bu çağırışa cavab tapmaq üçün Azərbaycanın
meşələ-ri,dərsliklərimizdən ,internet səhifələrindən,qırmızı kitabdan bəhrələndik.
Azərbaycan Respublikası "Qırmızı
Kitab"ı -
Azərbaycan
Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi
olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir.
O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub
olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri
haqqında məlumatları özündə əks etdirir.
Mövcud "Qırmızı Kitab" 6 hissədən ibarətdir və özündə
nadir və nəsli kəsilmək təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 balıq
növü, 13 amfibi və reptili növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumatı
əks etdirir.
Respublika "Qırmızı Kitab"ına fauna və flora növləri 2
kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər.
Qanunvericiliyə
əsasən Azərbaycan Respublikasının "Qırmızı Kitabı"nın hər 10 ildən
bir çap olunması nəzərdə tutulub. "Qırmızı Kitab"ın I nəşri 1989-cu
ildə həyata keçirilib.[1]
Bütün dünyada olduğu kimi Azərbaycanda da nəsli kəsilən və kəsilməkdə
olan fauna növlərinin adı “Qırmızı Kitab”a salınır. Bu kitab nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və
yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir.
Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sektorunda
heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri
haqqında məlumatları özündə əks etdirir. “Qırmızı kitab”a 108 növ heyvan - məməlilərin
14 (ceyran, bəbir, bezoar keçisi, dağ qoyunu və s.), quşların 36 (turac,
dovdaq, ütəlği, bəzgək, ərsindimdik və s.), balıqların 5 (ilanbalığı,
qızılxallı, poru və s.) amfibiya və reptiliyaların 13 (adi triton, Suriya
sarımsaqiyli qurbağa, eskulap ilanı), həşaratların 40 növ və yarımnövləri
(Talış kökyeyəni, Apollon, Xrizip, Talış brameyası və s.) daxil edilib. Bioloji
növ müxtəlifliyinin əsas səbəbi regionun geoloji tarixi və müxtəlif iqlim şəraitinin
olmasıdır.
III qrup olaraq
"Azərbaycanın faunasını necə mühafizə etmək olar " mövzusu
üzrə
araşdırmaya start verdik. Bunun
üçün təbiət,heyvanlar aləmi,Azərbayca-
nın təbii iqliminə uyğunlaşan və uyğunlaşmayan
heyvanların mühafizəsi üzrə araşdırmalar apardıq.
Azərbaycan
Respublikasında nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin
qorunub saxlanılması məqsədi ilə qoruq və yasaqlıqlar yaradılır.
Respublikanın
şirin sularında və Xəzərdə 30 növ balıq ovlanır. Bu balıqların çoxu Kür
çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarında tutulur. Ovlanan
balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə böyüyür, kürüləmək üçün
çaylara keçir). Keçici balıqların ən qiymətlisi qızılbalıq, nərə, uzunburun və
bölgədir. Xəşəm, şamayı, poru ilanbalığı da belə balıqlardandır. Nərəkimilərin əti
və qara kürüsü çox qiymətli hesab olunur.
Bunlardan başqa,
Azərbaycan Respublikasının sularında böyük sənaye əhəmiyyəti olan çapaq, çəki, sıf, naxa, külmə, ziyad (kütüm) və s. yarımkeçici
balıqlar var.
Xəzərdə çoxlu siyənək, kilkə və kefal ovlanır. 1959-cu ildən sonra Kür çayında müxtəlif hidrotexniki qurğular tikilməsi, Kür çayı axarının
nizama salınması, Xəzər dənizi suyunun çirklənməsi və s. səbəblərdən sənaye əhəmiyyətli
balıqların sayı xeyli azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədi
ilə respublikada geniş miqyasda meliorasiya və balıq yetişdirmək üçün 3 zavod
(Kürağzı, Şirvan və Kür təcrübə nərəyetişdirmə zavodları) istifadəyə
verilmişdir. Respublikanın balıqyetişdirmə təsərrüfatlarında və zavodlarında
hazırda ildə 20 milyonadək nərə balığı, 600 min qızılbalıq və 800 milyondan çox
çapaq, çəki külmə və sıf körpəsi yetişdirilir. Bunlardan əlavə, 1980-ci ildən
Kiçik Qızılağac təsərrüfatında fəaliyyət göstərən inkubatorda ildə 50 min ziyad
balığı yetişdirilib dənizə buraxılır. 2000-ci ildə Xıllıda yeni, müasir 20
milyon nərəkimi körpəsi yetişdirməyə qadir olan zavod istifadəyə verilmişdir.