Bizim
layihəmiz "Biz Ana Təbiətin dostlarıyıq" devizi ilə həyata vəsiqə
alacaq.
Bu layihədə təbiətə insan qayğısı,müasir insanın təbiətdən
umduğu və alacağı etalonlar əsasında araşdırma aparacağıq.Təbiət,insan və digər
canlıların yaşıl örtüyünün zamanın ağ ciyəri olan meşə örtüklərinin necə
mühafizə olunması ilə bağlı fikir və mülahizələr söyləyəcək,araşdırmanın nəticələrini
müzakirəyə çıxaracağıq.
Günəş, səma, hava, su,
bütün canlılar və insanın özü də təbiətin bir hissəsidir. Təbiət canlı və
cansız olur. Günəş, ulduzlar, hava, su, daşlar cansız təbiəti təşkil edir.
Bitkilər, göbələklər, heyvanlar canlı təbiətdir. Respublikamızın hər bir
vətəndaşı öz təbiətini öyrənməli və sevməlidir. Hər tərəfi xalı kimi bəzəyən
meşələr, gur və sakit axan çaylar, ecaskar göllər, mavi Xəzər, vəhşi heyvanlar,
buz kimi bulaqlar, əzəmətli dağlar gözəl şeirlərdə vəsf edilmişdir.
Təbiət aləmi elə bir dəyərli xəzinədir ki, adı çəkilərkən, hər kəs bu xəzinədən öztəbiətinəəqidəsinə, iş fəaliyyətinə, həyat tərzinə müsbət enerji bağışlayan tərəfini seçir,özünə lazım olanını ordan götürür.Ona görə də, ilk ifadəmizdə "təbiət dəyərli birxəzinədir" cümləsini işlətdik. Təbiətə qarşı mənəvi baxışlarımızdan irəli gələn buifadəyə görə, biz heç vaxt yanılmamışıq.
Təbiət-alimlərin yolunu işıqlandıran, bir çox elmlərin açarıdır. Bütün yaradıcı insanlaraalimə, jurnalistə, şairə, yazıçıya, bəstəkara, rəssama, müəllimə, həkimə, xalqsənətkarlarına da ilham təbiətdən gəlir.
Bir kimsə təbiətin müdrik gözəlliyini özündə hiss edib onun mənasaını dərk eləməyi bacarırsa, o insan həyatdadəyərli bir xəzinə sahibidir.
Əgər bizlərdən hər birimiz bu dəyərli sərvətdən istifadə edəriksə, həyatımızda sağlamlığımız hər şeydən öndəduracaq və heç kəs də, bir xırda nasazlıq baş verərkən, həkimin yanına qaçmaq məcburiyyətində olmayacaq.Amma bu bitkiləri yığarkən, və yaxud yarpağını, çiçəyini yerdən üzüb götürərkən, həmişə ehtiyatlı olmağımızvacibdir. Ona görə ki, kökü ilə bərabər həmin bitkini yerdən qoparıb çıxarsaq, gələn il onun əvəzi görünməyəcək...
Təkcə, bizi müdafiə edən dərman bitkilərinə görə yox, eləcə də, hörmətli prezidentimiz cənab İlham Əliyevindediyi kimi, milli sərvətimiz olan təbiətimizi göz bəbəyimiz kimi qoruyub saxlamaq bizim hamımızın ilkin vəzifə borcumuzdur.
İlk olaraq 3 qrup üzrə fəaliyyət göstərəcəyik.Fəaliyyət
proqramımız təbiət və insan profilləri üzrə araşdırmalar olacaqdır.
Hiç yorum yok:
Yorum Gönder