26 Nisan 2015 Pazar

Araşdırmalarımız

Biz I qrup olaraq "Əgər mən meşə olsaydım.." mövzusu üzrə araşdırma apar-
dıq.Bunun üçün internet,dərslik və digər mənbələrdən müxəlif məlumat əldə etdik.Meşələrə səyahət zamanı canlı insan kimi duyan,görən və düşünən meşənin qeyri adi görüntüləri ilə rastlaşdıq.Sanki meşələr sapı özümüzdən olan baltalarla qırıldıq deyə fəryad qopardılar.Biz olmasaq tədris ləvazimatları olmaz
deyib bizdən kömək istəyirdilər.Bunun üçün bizim köməyimizə "hərəyə bir ağac əkək" devizi ilə "gənc yaşıllar" partiyası  gəldi.


 Havası sərindi, suyu sərindi”,
Könüllər oxşayan cənnətdi meşə,
Torpağa bəzəkdi, yurda bəzəkdi,
Gözəllik tacıdı, sərvətdi meşə.

Yaşadığımız dünya, bizi əhatə edən təbiət gözəl və rəngarəng olduğu qədər də maraqlıdır. Biz özümüz də bu təbiətin bir zərrəsi olmaqla, zəngin bitkilər aləminin, vəhşi heyvanlardan tutmuş, ən xırda həşaratlara qədər saysız-hesabsız canlıların əhatəsindəyik.
Əslində, Yer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali varlıqlar olan insanlarla, yəni bizlərlə bu təbiətin harmoniyasındadır. Dünyamızın sabahı, gələcəyimiz bu vəhdətdən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır.
Bəli, bu harmoniya, bu tarazlıq pozularsa, dünya fəlakətə yuvarlanar, dünya məhv olar. Belə bir təlükə isə var. Bəs nə etməli?
İlk növbədə, yəqin ki, planetimizin bitki örtüyünü – onun florasını və canlılar aləmini – onun faunasını qorumalıyıq. Təbiət dediyimiz kimi çox zəngindir, elə bir dəryadır ki, nə ucu-bucağı, nə dibi görünür, baş vurduqca yeni-yeni aləmlər açılır qarşımızda, ortaya saysız-hesabsız suallar çıxır.
Təbiətin ayrılmaz hissələrindən biri də meşələrdir. Meşələr bizim sərvətimiz, var-dövlətimizdir. Bu meşələr, yaşıllıqlar insana çörək qədər, su qədər lazımlıdır, qiymətlidir. Ancaq meşələrimizin, yaşıllıqlarımızın qədrini bilməyən, bilərəkdən ona laqeyd münasibət bəsləyən insanlar var.
Bizə həyat verən zümrüd meşələrimizi kütləvi surətdə doğrayanlar onu da bilməlidirlər ki, bununla biz nəfəs aldığımız havanı zəhərləyirik. Bu gün bütün dünyada ekoloji vəziyyət ciddi narahatlıq doğurur. Hamımız bilməliyik ki, təbiətin sağlamlığı hamımızın sağlamlığıdır.
Məlum olduğu kimi, bizim tənəffüs zamanı havadan oksigeni alıb, karbon qazını və orqanizmdə gedən biokimyəvi reaksiyaların son məhsulu olan qazabənzər maddələr xaric olunur.
Nəfəs aldığımız havada karbon qazının və bu maddələrin yüksək dərəcədə toplanması beyin-qan dövranının kəskin surətdə pisləşməsinə səbəb olur. İnsan uzun müddət havası dəyişməyən otaq şəraitində olduqda bu cür hallar baş verir. Yatan zaman da insan üçün təmiz hava vacibdir. Təmiz havada yatmaq qüvvənin bərpa olunmasını sürətləndirir. Meşədə 5 saat yatan insan özünü şəhərdəki mənzilində 8 saatlıq yuxudan xeyli yaxşı hiss edir. Ona görə meşələr, bağçalar, parklar salınır ki, yaşıl bitkilər lazımsız karbon qazını udub, havanı oksigenlə zənginləşdirsin. Təkcə bir ağac beş min kub metr havanı təmizləyir, kiçik bir yaşıllıq isə bizi iki yüz ton tozdan qoruyur. 

II qrup olaraq  araşdırmamız "Hansı heyvanların nəsli kəsilməkdədir" mövzusu
üzrə oldu.Dəhşət doğuran  bu çağırışa cavab tapmaq üçün Azərbaycanın meşələ-ri,dərsliklərimizdən ,internet səhifələrindən,qırmızı kitabdan bəhrələndik.
Azərbaycan Respublikası "Qırmızı Kitab"ı - 
Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.
Mövcud "Qırmızı Kitab" 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 balıq növü, 13 amfibi və reptili növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumatı əks etdirir.
Respublika "Qırmızı Kitab"ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər.

 Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının "Qırmızı Kitabı"nın hər 10 ildən bir çap olunması nəzərdə tutulub. "Qırmızı Kitab"ın I nəşri 1989-cu ildə həyata keçirilib.[1]
Bütün dünyada olduğu kimi Azərbaycanda da nəsli kəsilən və kəsilməkdə olan fauna növlərinin adı “Qırmızı Kitab”a salınır. Bu kitab nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir. “Qırmızı kitab”a 108 növ heyvan - məməlilərin 14 (ceyran, bəbir, bezoar keçisi, dağ qoyunu və s.), quşların 36 (turac, dovdaq, ütəlği, bəzgək, ərsindimdik və s.), balıqların 5 (ilanbalığı, qızılxallı, poru və s.) amfibiya və reptiliyaların 13 (adi triton, Suriya sarımsaqiyli qurbağa, eskulap ilanı), həşaratların 40 növ və yarımnövləri (Talış kökyeyəni, Apollon, Xrizip, Talış brameyası və s.) daxil edilib. Bioloji növ müxtəlifliyinin əsas səbəbi regionun geoloji tarixi və müxtəlif iqlim şəraitinin olmasıdır.

III qrup olaraq  "Azərbaycanın faunasını necə mühafizə etmək olar " mövzusu
üzrə  araşdırmaya start  verdik. Bunun üçün təbiət,heyvanlar aləmi,Azərbayca-
nın təbii iqliminə uyğunlaşan və uyğunlaşmayan heyvanların mühafizəsi üzrə araşdırmalar apardıq.
 Azərbaycan Respublikasında nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin qorunub saxlanılması məqsədi ilə qoruq və yasaqlıqlar yaradılır.
Berkut məhdud sahədə, əsasən, yüksək dağlarda yaşayan quşlardandır. Qafqaz tetrası Kiçik və Böyük Qafqazın subalp zonasında, yaşılbaş ördək Xəzərin sahilində, respublikanın su tutarlarında qeydə alınıb. Qaya keçisi və Cənubi Qafqaz muflonu hazırda Naxçıvan MR-də, ceyran ancaq Şirvan qoruğunda, Bəndovan və Korçayda rast gəlinir.Dağıstan turu Böyük Qafqazın cənub ətəyində, BalakənQəbələZaqatala və İsmayıllı rayonları ərazisində qalmışdır.
Respublikanın şirin sularında və Xəzərdə 30 növ balıq ovlanır. Bu balıqların çoxu Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarında tutulur. Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə böyüyür, kürüləmək üçün çaylara keçir). Keçici balıqların ən qiymətlisi qızılbalıq, nərə, uzunburun və bölgədir. Xəşəm, şamayı, poru ilanbalığı da belə balıqlardandır. Nərəkimilərin əti və qara kürüsü çox qiymətli hesab olunur.
Bunlardan başqa, Azərbaycan Respublikasının sularında böyük sənaye əhəmiyyəti olan çapaqçəkisıfnaxakülməziyad (kütüm) və s. yarımkeçici balıqlar var.
Xəzərdə çoxlu siyənəkkilkə və kefal ovlanır. 1959-cu ildən sonra Kür çayında müxtəlif hidrotexniki qurğular tikilməsi, Kür çayı axarının nizama salınması, Xəzər dənizi suyunun çirklənməsi və s. səbəblərdən sənaye əhəmiyyətli balıqların sayı xeyli azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədi ilə respublikada geniş miqyasda meliorasiya və balıq yetişdirmək üçün 3 zavod (Kürağzı, Şirvan və Kür təcrübə nərəyetişdirmə zavodları) istifadəyə verilmişdir. Respublikanın balıqyetişdirmə təsərrüfatlarında və zavodlarında hazırda ildə 20 milyonadək nərə balığı, 600 min qızılbalıq və 800 milyondan çox çapaq, çəki külmə və sıf körpəsi yetişdirilir. Bunlardan əlavə, 1980-ci ildən Kiçik Qızılağac təsərrüfatında fəaliyyət göstərən inkubatorda ildə 50 min ziyad balığı yetişdirilib dənizə buraxılır. 2000-ci ildə Xıllıda yeni, müasir 20 milyon nərəkimi körpəsi yetişdirməyə qadir olan zavod istifadəyə verilmişdir.








Hiç yorum yok:

Yorum Gönder